“Bu ilin iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi yollarının yenidən qurulmasını başa çatdırmağı düşünürük. İşlərin vaxtında bitməsi hava şəraitindən çox asılıdır”.
Eləcə də bax: Hacıqabul-Ələt yolunda hərəkət - MƏHDUDLAŞDIRILACAQ
FED.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O, həmçinin əlavə edib ki, 2020-ci ilin sonuna qədər Bakının Hövsan qəsəbəsinin əsas yollarının təmirinin başa çatdırılması nəzərdə tutulub.
Bundan başqa, sədrin sözlərinə görə, bəzi yollar yenidən tikilməlidir: “Ələt-Hacıqabul yolu 12 ildir istifadəyə verilib. Amma onun tikintisinə 1996-cı ildən başlanıb. Bu isə artıq 24 il deməkdir. Bu yol artıq yenidən tikilməlidir. Çünki hər bir yol tikiləndə qarşıdakı 10 il üçün nəzərdə tutulur”.