Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş 4 may saat 00.00-dan bərpa olunub.
Eləcə də bax: Pandemiya dövründə ictimai nəqliyyat üçün - QAYDALAR MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Lakin bu qərar ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə aid deyil. Yəni, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağandır.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejiminin müddəti mayın 4-də bitməli idi.
Apa