Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər verilib.
FED.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra fotolar paylaşılıb. "Volvo S90" modeli olan avtomobillər artıq xidməti maşın kimi istifdaə olunur.
Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.
"Volvo" markası isə DYP sistemində yenidir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib. (Apa)