Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin vəzifələri artırılıb.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fərman imzalayıb.
Bu fərmanda dövlət başçısının «Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında» 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanında dəyişiklik edilib. Dəyişikliyə əsasən, xidmətin əsasnaməsində, onun vəzifələri sırasına «9.6-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunu uçota almaq;» funksiyası da əlavə edilib.
Dövlət başçısının fərmanı ilə eyni vəzifə Xidmətin tabe olduğu Nazirliyin vəzifələri sırasına da aid edilib.
Dövlət Avtomobil Nəqliyyatı xidmətinin - VƏZİFƏLƏRİ ARTIRILIB – SƏRƏNCAM
18:36
11 Mart 2020