Dəniz nəqliyyatı ilə bu ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4280,5 min ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 32,5% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Hesabat dövründə yüklərin 40,8%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6603,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6146,1 min tonunu və ya 93,1%-ni tranzit yüklər təşkil edibdir.
Cari ilin avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 249,3 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 48,1% artaraq 12 min nəfər olub.