Nəqliyyat

Dəmir Yolları xərclərini azaldacaq – TOPLANTI

Dəmir Yolları xərclərini azaldacaq – TOPLANTI | FED.az
09:29 4 Sen 2020

«Azərbaycan Dəmir Yolları» QSC-nin «2030 Koporativ Strategiya»sının hazırlanması məqsədi ilə 21 may 2020-ci il tarixində dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə layihənin icrası davam etdirilir.

Eləcə də bax: Azərbaycanda dəmir yollarında gediş haqlarını təmassız ödəmək - MÜMKÜN OLACAQ

FED.az xəbər verir ki, sentyabrın 2-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans təşkil olunub. Videokonfrans zamanı «McKinsey&Company» şirkətinin nümayəndələri tərəfindən layihənin gedişatı barədə ətraflı məlumat təqdim edilib və ADY-nin strateji məqsədləri və digər məsələlər müzakirə olunub.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov ölkədə və regionda baş verən son siyasi və iqtisadi yeniliklərdən söhbət açaraq onların ADY-nin fəaliyyətinə mümkün təsirlərini qeyd edib. Sədr dəmir yoluna cəlb olunan investisiyaların məqsədyönlü və səmərəli olması, əməliyyat xərclərinin optimallaşdırılması və xüsusilə tranzit dəhlizlərdə gəlirliliyin artırılmasının strateji önəmini vurğulayıb. Həmçinin, dünyanın bir çox ölkələrində olduğu kimi, dəmir yolunun sərnişindaşıma sahəsində sosial məsuliyyətinin uğurla davam etdirilməsinin və infrastruktur xidmətlərinin lazımi səviyyədə saxlanılması üçün bu sahələrə investisiya yatırılmasının vacibliyini qeyd edib.  

Daha sonra, McKinsey&Company şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “ADY” QSC-nin İdarə Heyətinə dünyanın ən uğurlu dəmir yollarının təcrübələrindən nümunələr təqdim olunub və ADY-nin strateji məqsədlərinin hansı istiqamətlərdə formalaşdırılmasına dair məsləhətlər verilib.

Dəmir Yolları xərclərini azaldacaq – TOPLANTI | FED.azDəmir Yolları xərclərini azaldacaq – TOPLANTI | FED.azDəmir Yolları xərclərini azaldacaq – TOPLANTI | FED.az

Digər xəbərlər