Vakansiyanın adı: Analitik
Vakansiyanın kodu: V18080705/2
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: Məlumat hesablama mərkəzi
Vakansiya üzrə struktur: Proseslərin avtomatlaşdırılması bölməsi
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 4
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofis daxili
İş yerinin ünvanı: Fikrət Əmirov küçəsi 24, Bakı AZ1010
Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə: 2 il
Tələb olunan komputer bilikləri:
Microsoft office (word, excel) – yaxşı səviyyədə;
Visio – yaxşı səviyyədə;
SQL – orta səviyyədə.
Tələb olunan xarici dil bilikləri:
İngilis dili – yaxşı səviyyədə;
Rus dili – yaxşı səviyyədə.
Vəzifə üzrə tələb olunan biliklər:
- Texniki tapşırıqların yazılmasının metodologiyası.
Digər tələb və üstünlük göstəriciləri:
- Mühəndislik, texniki və yaxud iqtisadi sahələrdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir;
- Azərbaycan dilində səlis qaydada sənəd tərtib etmək bacarığı olan şəxslərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Biznes proseslərinin analizi;
- Biznes proseslərdə aşkar olunan uyğunsuzluqların həlli;
- Biznes proseslərlə bağlı qarşılaşma ehtimalı olan və qarşılaşılan risklərin qeydiyyatının aparılması;
- Biznes proseslərlə bağlı məlumatların təhlili;
- Texniki tapşırıqların hazırlanması.
Vakansiyanın elan olunma tarixi: 01.11.2018
Son müraciət tarixi: 11.11.2018
“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
İNSAN RESURSLARI İDARƏSİ
Dilarə Əliyeva 230, www.ady.az,
E - mail : [email protected]
Vakansiyanın adı: Proqramçı
Vakansiyanın kodu: V18080703/6
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: Məlumat hesablama mərkəzi
Vakansiya üzrə struktur: Proseslərin avtomatlaşdırılması bölməsi
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 4
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofis daxili
İş yerinin ünvanı: Bakı şəhəri, Fikrət Əmirov küçəsi 24, Bakı AZ1010
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə: 2 il
Tələb olunan komputer bilikləri:
C# Windows Form Application;
C# ASP.NET;
WEB API 2;
MVC;
SQL.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Vəzifə üzrə tələb olunan biliklər:
- Məlumatların emalına və proqramlaşdırmanın hesablama texnikasının istifadə metodlarına aid olan rəhbər və normativ sənədlərin tələbləri;
- Avadanlığın texniki istismarı və konstruktiv xüsusiyyətləri;
- Avadanlıqların təyinatı və iş rejimləri;
- Məlumatın mexaniki emalı, texnologiyası;
- Məlumat daşıyıcılarının texniki növləri;
- Məlumatın siniflərə bölünmə, kodlaşdırma metodları;
- Proqramlaşdırmanın formalaşmış dili;
- Qüvvədə olan aidiyyəti standartlar, say, şifr və kod sistemləri;
- Proqramlaşdırma metodları;
- Proqramlaşdırma və hesablama texnikasının istifadəsi üzrə qabaqcıl təcrübə qaydaları.
Digər tələb və üstünlük göstəriciləri:
- Bootstrap, Jquery bilik və bacarıqları olan şəxslərə ütünlük verilir;
- Yaxşı səviyyədə rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- İnformasiya texnologiyaları sahəsində ali təhsil ixtisası olan şəxslərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Riyazi modellərin və alqoritmlərin təhlili əsasında məsələləri həll edən proqramların, işin texnologiyasının, onun həllinin ardıcıllığının işlənib hazırlanması;
- Proqramlaşdırma dilinin seçilməsi və istifadə olunan model və alqoritmlərinin ona uyğunlaşdırılması;
- Kompüterlərə məlumatların daxil olunması, emalı, saxlanılması və verilməsinin həcmini, strukturunu, maket və sxemlərinin hazırlanması;
- Proqramlaşdırmanın avtomatlaşdırma metod və vasitələrinin, nümunəvi və standart proqram vasitələrinin işlənib hazırlanması və tətbiq edilməsi;
- Məntiqi təhlil əsasında proqramların yoxlanılmasının aparılması;
- Proqrama daxil olan şərtlərin maksimum miqdarının həllini təmin edən məlumatların cəminin təyin olunması;
- Başqa müəssisə, idarə və təşkilatda işləyib hazırlanmış hazır proqramlardan istifadə imkanını müəyyən edilməsi.
Vakansiyanın elan olunma tarixi: 01.11.2018
Son müraciət tarixi: 11.11.2018
“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
İNSAN RESURSLARI İDARƏSİ
Dilarə Əliyeva 230, www.ady.az,
E - mail : [email protected]