Data mərkəz tam təhlükəsizdir və müasir texnologiyalarla təımin olub. FED.az xəbər verir ki, Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Naziri Ramin Quluzadə bankları data mərkəzlə əməkdaşlığa dəvət etdi.
Onun sözlərinə görə, nazirlik müasir texnologilayar əsasında güvənli İT xidmətlər təklif edir. Azərbaycanda yeni açılan data mərkəz də təhlükəsizlik baxımından çox yüksək parametrlərə malikdir. Nazir ölkə banklarının rəhbərlərini bu mərkəzlə sıx əməkdaşlıq etməyə çağırdı və əməkdaşlığın qarşılıqlı olacağını vurğuladı: “Bizə də kerditlər lazımdır, ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı faydalı olacaq”.
Data mərkəzlə əməkdaşlıq təklif edildi
10:25
30 Yan 2018