Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edib.
DANX-dan FED.az-a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, ictimai nəqliyyatda süni qiymət artımına yol verildiyi halda daşıyıcı şirkətlərə qarşı Xidmət tərəfindən sərt tədbirlər görüləcək.
Həmçinin qeyd olunub ki, vətəndaşlar paytaxt istisna olmaqla respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdıqları zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi" ilə əlaqə saxlaya bilərlər.
Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb. (Apa)