Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat "icaze.e-gov.az" portalına göndərilib.
FED.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, bu saata qədər Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslərin taksi fəaliyyətinə icazə verilib.
Xatırladaq ki, Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla Azərbaycanın regionlarında fəaliyyət göstərən taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə bilərlər.