Rusiyanın “Ural Hava Yolları” şirkətinə məxsus təyyarədən sonra Honkonq-Lüksemburq reysini yerinə yetirən layner də Bakıda təcili eniş etmək üçün icazə istəyib.
FED.az xəbər verir ki, Vesti.ru-nun məlumatına görə, “Boeing 747-4HQ” təyyarəsi “Cargolux” şirkətinə məxsusdur.
Eləcə də bax: Rusiya təyyarəsi Bakıda məcburi eniş etmişdir
Təcili eniş tələbinin səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsinin təcili enişinə səbəb göyərtədə bomba ilə bağlı yazılı qeydin tapılması olub.