Çinin "Yutong" şirkətinin Azərbaycanda elektriklə çalışan avtobus istehsalı müzakirə edilib.
Bakıda ilk elektrik mühərrikli avtobus - XƏTTƏ BURAXILDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesablarında məlumat paylaşıb:
"Çinin elektrik mühərrikli avtobus istehsal edən aparıcı şirkəti “Yutong”un ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdük. Ölkədaxili mobilliyin artırılması çərçivəsində əməkdaşlığı, həmçinin yerli tərəfdaşlarla birgə Azərbaycanda istehsal müəssisəsinin qurulması məsələsini müzakirə etdik”, -deyə nazir əlavə edib.