Azərbaycan və İran arasında iqtisadi əlaqələr müştərək dəmir yolu layihələri sayəsində daha da möhkəmlənəcək.
FED.az xəbər verir ki, bunu Qəzvin-Rəşt dəmir yolunun açılış mərasimində iştirakı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə deyib.
C.Qurbanovun sözlərinə görə, hər iki ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına çalışır.
İndiyədək Astara-Astara dəmir yolu vasitəsi ilə 270 min tondan çox yükün daşındığını deyən QSC sədri əlavə edib ki, ötən iki ayda Astara-Astara dəmiryolu ilə yüklərin daşınmasında diqqəti cəlb edən artım olub:
“İki ölkə prezidentləri iqtisadi münasibətlərin və dəmir yolu əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verirlər”