Bakı-Kiyev reysini həyata keçirən “Buta Airways” aviaşirkətinə məxsus təyyarələr “Kiyev” (Julyanı) aeroportuna deyil, “Borispol” beynəlxalq hava limanına enəcək.
“Kiyev” aeroportundan FED.az-a bildiriblər ki, uçuş zolaqlarının təmiri ilə əlaqədar olaraq sentyabrın 2-dən aeroporta uçuşlar müvəqqəti dayandırılır. Bu aeroporta uçan təyyarələr şəhərdən 50-60 kilometr məsafədə yerləşən “Borispol” beynəlxalq hava limanına enəcək.
Sentyabrın 12-dən isə “Kiyev” (Julyanı) aeroportu bütün şirkətlərin təyyarələrini qəbul etməyə başlayacaq.
Qeyd edək ki, “Buta Airways” aviaşirkəti həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı aviareysini həyata keçirir.
AZƏRTAC