Parklanma yerlərindən 100 metr yaxınlıqda yaşayan vətəndaşlar parklanma yerlərindən pulsuz istifadə edəcəklər.
Azərbaycanda avtomobillər üçün - YENİ PARKİNQ QİYMƏTLƏRİ QÜVVƏYƏ MİNİB - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər", - deyə məlumatda qeyd olunub.
Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində parklanmaya görə ödənişin edilməsini tənzimləyir. Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir.
Xatırladaq ki, bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Gəncə və Sumqayıt şəhərləri üzrə isı II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq. (Trend)