Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.
Azərbaycanda taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanılır
FED.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək:
"Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək", - deyə açıqlamada qeyd olunub.