Bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən FED.az-a verilən xəbərə görə, buna səbəb Babək prospektində aparılacaq yenidənqurma işləridir.
Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.
Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.