Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şosesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılacaq.
FED.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata istinadən xəbər verir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Eləcə də bax: 5 marşrut xətti sahibkarların əlindən alındı - MÜSABİQƏYƏ ÇIXARILDI
Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.