Bu ilin I yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan hissəsi ilə 1 milyon ton yük daşınıb.
Bu barədə FED.az-a açıqlamasında Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın milli katibi Akif Mustafayev məlumat verib.
Eləcə də bax: CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək
O, həmçinin deyib ki, ümumilikdə hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 milyon ton tranzit yük daşınıb. Bunun da 25%-i BTQ-nin payına düşüb.
"Azərbaycan yarım il ərzində bu daşımalardan 150 milyon manat gəlir əldə edib", - deyə A.Mustafayev əlavə edib.
Report.az