Bu il avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə olunan gəlirlərin həcmi 1 milyard 594,7 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisədə 211 milyon 846,1 min manat və ya 15% artb.
Məlumata görə gəlirlərin 682 milyon 78,8 min manatı yük daşımadan, 912 milyon 597 min manatı isə sərnişin daşımadan əldə edilib. İllik müqayisədə yük daşımadan gəlirlər 71 milyon 575,7 min manat (11,7%), sərnişindaşımadan gəlirlər isə 140 milyon 270,4 min manat (18,2%) artıb.