Nəqliyyat

"Bu il 300 avtobus gətirilib, gələn il də ən azı 300 müasir - AVTOBUS GƏTİRİLƏCƏK"

"Bu il 300 avtobus gətirilib, gələn il də ən azı 300 müasir - AVTOBUS GƏTİRİLƏCƏK" | FED.az
08:46 2 Okt 2019

"Gələn il də  Bakıya ən azı 300 müasir avtobus gətiriləcək". 

FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Eləcə də bax: Gələn ildən Bakıda avtobusların mütləq əksəriyyəti kart - SİSTEMİNƏ KEÇƏCƏK

"Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür. Bilirsiniz ki, bu yaxınlarda metronun “Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir. Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə də gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək. Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalnız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir. İndi mənim təşəbbüsümlə nümunəvi həyətlər qurulur. Bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq. Lift təsərrüfatı yenilənir", - İlham Əliyev Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən sakinlər ilə görüşündə bildirib.

Marja

Digər xəbərlər