Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir.
BNA-nın Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib.
İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.