Bu gün Bakıda Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçiriləcək. Görüşdə eyni zamanda Bakı-Tbilisi- Qars dəmiryolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair saziş imzalanacaq.
BTQ dəmir yolunun tam gücü ilə işləməsi üçün tədbirlər görülür - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, imzalanacaq saziş üç ölkə gömrük orqanları arasında məlumat mübadiləsini artıracaq və ümumilikdə BTQ vasitəsilə yükdaşımaları daha da operativləşdirəcək (Fins.az).