Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib.
ELƏCƏ DƏ BAX: Yük daşıma ilə məşğul olan sürücülərə - XƏBƏRDARLIQ EDİLDİ
Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib. Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb.
BNA qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edir.
BNA sürücülərə paytaxtda bu yolla bağlı – XƏBƏRDARLIQ ETDİ
20:54
13 Noy 2018