2023-cü ilin birinci yarısında beynəlalq yük daşımaları ilə məşğul olan Azərbaycan daşıyıcılarınıngəlirləri $543,7 milyon həcmində qiymətləndirilir.
Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar - LƏĞV OLUNUR
FED.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu gəlirlərin payı 2023-cü ilin 6 ayı ərzində Azərbaycanın qeyri-neft ixracının 30,7%-ni təşkil edir.
2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 377 milyon 200 min dollar səviyyəsində qiymətləndirilir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.
Üçüncü ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 166 milyon 500 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Həmçinin, AYNA-da qeyd ediblər ki, 2023-cü ilin ilk yarısında ölkədə Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 122 min 49 olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur.
Azərbaycan daşıyıcıları 27,743 min ədəd 3-cü ölkə daşımaları (artım 96%) həyata keçirib.