Noyabrın 22-24-də Bakıda Recexpo II beynəlxalq daşınmaz əmlak və investisiyalar sərgisi keçiriləcək.
Bunu tədbirin meneceri və Türkiyə şirkətinin Azərbaycanda tərəfdaşı İlkin Abdıyev deyib.
Onun sözlərinə görə, sərgidə Azərbaycan, Avropa, Mərkəzi Asiya və Qafqazda daşınmaz əmlak sahəsində 100-ə yaxın layihə təqdim ediləcək.