Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb.
AYNA: Avtobus zolaqları və velosiped yollarından qanunsuz istifadəyə görə - CƏRİMƏLƏR MÜƏYYƏN EDİLDİ
FED.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib:
"Bakı-Laçın marşrutunu da müsabiqəyə çıxarmışıq və artıq fəaliyyətə başlayacaq. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur. Şuşa Ağdam marsrutlarından əlavə yeni marsrutlar da istifadəyə veriləcək". (Apa)