“Belarus Dəmir Yolları” (BDY) “RDY” və “Azərbaycan Dəmir Yolları” ilə birlikdə Belarusdan Azərbaycana sürətli qatarların tərkibində yüklərin çatdırılmasına başlayıb.
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi respublika dəmir yolları şəbəkəsi dövlət operatorunun mətbuat xidməti məlumat verib.
“Şimal-Cənub” dəhlizinin inkişafı çərçivəsində “Belarus Dəmir Yolları” (BDY) “RDY” ASC və “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə yeni layihə – Belarus-Rusiya-Azərbaycan marşrutu ilə sürətli qatarın hərəkəti istifadəyə verilib”, - məlumatda deyilir.
“Bu layihə qısa zamanda (7 gün) və əlverişli tarif ilə Belarusda istehsal olunan yükləri Azərbaycan Respublikasına çatdırmağa imkan verir”, - mətbuat xidmətindən qeyd edilib.
Məlumat verilib ki, iyulun axırından Orşa-Zapadnaya (Belarus) stansiyasından Abşeron stansiyasına (Azərbaycan) ağac məmulatlari ilə yüklənmiş üç qatarın artıq yola salınması həyata keçirilib.
“Bu gün dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasına daha çox tələbat var və rəqabətə davamlıdır. Bu, Belarus Respublikasının təsərrüfat subyektləri üçün ixrac yönümlü məhsuların realizə olunması üzrə yeni imkanlar açır”, - mətbuat xidmətindən qeyd edilib. (İnterfaks-Azərbaycan)