Koronavirus pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşımada rekord göstərici qeydə alınıb.
Yerüstü Nəqliyyat Agentliyindən FED.az-a bildirilib ki, martın 18-də avtovağzaldan 473 reyslə 15 min 240 sərnişin yola salınıb.
Bayram günlərində sərnişinlərin sayı adi günlərlə müqayisədə 3 qat çox olub. Ümumilikdə bayram ərəfəsində və bayram günlərində regionlara 3455 reys həyata keçirilib, 92 min 925 sərnişin mənzil başına çatdırılıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Qeyd edək ki, martın 15-dən 27-nə kimi respublikanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.