Yeni illə bağlı qeyri-iş (bayram) günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara 2 235 reys həyata keçirilib, 64 195 sərnişin mənzil başına çatdırılıb.
Azərbaycanda pullu yollarda gediş haqqı – NƏ QƏDƏR OLACAQ? - HESABLAMA
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Əgər adi günlərdə reyslərə 200-ə yaxın avtobus çıxırdısa, bayram günlərində xətlərə əlavə 635 avtobus buraxılıb", - deyə qurum bəyan edib.
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün AYNA-nın tapşırığına əsasən bütün avtovağzal və avtostansiyalar ötən il dekabrın 28-dən bu günə qədər gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın qabaqcadan və gündəlik satış kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb", - deyə açıqlamada qeyd olunub.