"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramının qeyd olunduğu 20-26 mart tarixlərində 24 880 sərnişin daşıyıb.
FED.az xəbər verir ki, qurumdan verilən məlumata görə, bunun 22 423 nəfəri ölkə daxilində hərəkət edən, 24 57 nəfəri isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb. Bayram günlərində sərnişinlərin sayı normadan 800-1000 nəfər çox olub.
Qeyd eək ki, Novruzda dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.
Eləcə də bax: Ötən il metropolitenə 100 milyon dollar pul qoyulub