Bakıda fəaliyyət göstərən kirayə avtomobil ofislərinin sayı 100-ü ötüb.
Ötən illə müqayisədə bu göstərici 50 faizdən artıqdır. Kirayə avtomobil bazarının artmasının əsas göstəricisi ölkəyə gələn turistlərdir.
İstirahətini ölkənin müxtəlif yerlərində keçirmək istəyən turistlər marşrutlarını kirayə avtomobillərlə həyata keçirir.
Amma tək əcnəbilər deyil, elə ölkə daxilində də son vaxtlar kirayə avtomobil bazarına müraciətlər çoxalıb.
Günlük avtomobil kirayə götürənlər toya-bayrama, yaxın rayonlara istirahətə gedənlər olur, aylıq avtomobil kirayə götürənlər isə adətən tikinti şirkətlərinin nümayəndələridir.
Onu da deyim ki, kirayə avtomobil heç də hər kəsə verilmir, bunun üçün xüsusi şərtlər tələb olunur.
Real TV