Nəqliyyat

Bakının mərkəzində daha bir - METRO STANSİYASININ - TİKİNTİSİ BAŞLAYIR

Bakının mərkəzində daha bir - METRO STANSİYASININ - TİKİNTİSİ BAŞLAYIR | FED.az
12:38 22 Yan 2020

Bu il Bakının mərkəzində daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

FED.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Eləcə də bax: Bakıda yeni açılacaq bütün - METRO STANSİYALARININ -  YERLƏRİ – TAM SİYAHI

Qeyd olunub ki, sözügedən stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri artıq başa çatıb:

Eləcə də bax: Bakıda ikimərtəbəli metro stansiyaları tikiləcək - AÇIQLAMA

“Yeni stansiya ilə bağlı tikinti işlərinin növbəti mərhələsinə şərti adı “B3” olan stansiya istifadəyə verildikdən sonra başlanılacaq. Cari il ərzində hər hansı geoloji və ya texniki problemlər yaranmayacağı təqdirdə, “Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır.

Eləcə də bax: Bakıda yerüstü - METRO XƏTTİ AÇILIR

“B4” stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında yerləşəcək. Tikinti qaydalarına uyğun olaraq yeni stansiyanın ilkin mərhələsi yerinə yetirilərək tunellər qazılıb” (Oxu.az).

Digər xəbərlər

Banner