“Bakı şəhərində "Xaliq Faiqoğlu" şirkətinin istismarında olan 18, 61, 65 və 85 saylı marşrut xətləri üzrə avtobuslarda Wi-Fi xidməti aktivdir. Şirkətimizin istismarında olan digər marşrut xətlərində də ödənişsiz internet xidmətinin aktivləşdirilməsi planlaşdırılır”.
FED.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında “Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev deyib.
Eləcə də bax: Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq - MÜMKÜN OLACAQ
Nizam Rzayev bildirib ki, sərnişinlər Wi-Fi sisteminə qoşulmaq üçün bir dəfə forumu doldururlar: “Forumda ad, soyad, e-mail, cinsiyyət qeyd edilir və bundan sonra sərnişin Wi-Fi xidmətinin aktiv olduğu bütün xətlər üzrə avtobuslara daxil olarkən mobil cihaz internetə birbaşa qoşulur. Bunun üçün yalnız təsdiq düyməsini sıxmaq kifayətdir. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetdən istifadə edə bilərlər. Qeydiyyatdan keçdikdən sonra heç bir kod tələb olunmur”.