Nəqliyyat

Bakının bu qəsəbələrində - YOLLARIN TƏMİRİ BAŞLADI - FOTOLAR

Bakının bu qəsəbələrində - YOLLARIN TƏMİRİ BAŞLADI - FOTOLAR | FED.az
10:16 27 Yan 2020

2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 km uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib.

Eləcə də bax: Bakıda - YENİ YOL ÇƏKİLİR

FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, asfaltlanan ərazinin sahəsi 350 min kv.m-dən çoxdur.

Qeyd edək ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

Sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 20 km-ə yaxın daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Mərdəkan qəsəbəsi üzrə Yesenin küçəsi 1-ci dalan, R.Qasımov və B.Əliyev küçələri, Qala qəsəbəsi üzrə 323 N-li məktəbin yolu, Qala kənd yolu və “Çörək zavodu” yolu, Şüvəlan qəsəbəsi üzrə “Talışlar məhəlləsi” adlanan ərazinin yolu, Binə qəsəbəsi üzrə İ.Əhmədov küçəsi (parkın ətraf ərazisi), Bünyadzadə küçəsi (117 N-li məktəbin qarşısı), Nizami və Babək küçələri, Buzovna qəsəbəsi üzrə M.Maqomayev küçəsi, Türkan qəsəbəsi üzrə “Üzümçülük sovxozu” adlanan əarzinin əsas küçəsi, Şağan qəsəbəsi üzrə H.Məmmədbəyli, M.Hüseynzadə, Qazmaçılar və Q.Almaszadə küçələrinin kəsişmələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

Bakının bu qəsəbələrində - YOLLARIN TƏMİRİ BAŞLADI - FOTOLAR | FED.azBakının bu qəsəbələrində - YOLLARIN TƏMİRİ BAŞLADI - FOTOLAR | FED.azBakının bu qəsəbələrində - YOLLARIN TƏMİRİ BAŞLADI - FOTOLAR | FED.azBakının bu qəsəbələrində - YOLLARIN TƏMİRİ BAŞLADI - FOTOLAR | FED.azBakının bu qəsəbələrində - YOLLARIN TƏMİRİ BAŞLADI - FOTOLAR | FED.az

Digər xəbərlər

Banner