Bakının Tbilisi prospektində, üzü 20 Yanvar istiqamətində "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb.
FED.az xəbər verir ki, buna səbəb həmin ərazidə avtobus zolağının salınmasıdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb:
"Ərazidə artıq avtobus zolaqları salınıb. Taksilərin ərazidə duraraq nəqliyyatın hərəkətinə maneə törətmə halları aradan qaldırılıb". (Report)