Prezident İlham Əliyev Bakı şəhərinin ətrafında dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə dövlət investisiya proqramı çərçivəsində vəsaitin ayrılması nəzərdə tutulub: "Bu, Bakıətrafı kənd və qəsəbələrin əlaqələndirilməsi üçün imkan yaradacaq".
Hökumətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə isə, paytaxtın ətrafında 22 dəmir yolu stansiyasının qurulması nəzərdə tutulub.
Bakıətrafı "elektriçkalar" bərpa olunacaq
10:02
28 Dek 2017