Heydər Əliyev Beynəlxalq Aeroportu 27 mart tarixində Polşanın “LOT” aviaşirkəti tərəfindən Azərbaycana yerinə yetirilən çarter reysi ilə əlaqədar bir sıra məlumatlara aydınlıq gətirir.
FED.az xəbər verir ki, 90 sərnişinlə (hamısı Azərbaycan vətəndaşıdır) Varşava-Lənkəran marşrutu üzrə hərəkət edən “LOT” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı yenidən Varşavaya qayıdıb.
Hava Limanının açıqlamasında deyilir ki, təyyarənin geri qayıtması «texniki səbəblər»lə bağlı olub: «LOT» aviaşirkətinin hava gəmisi əvəz edildikdən sonra Varşavadan yola düşmüş və yerli vaxtla saat 22:25 dəqiqədə Lənkəran hava limanına enib. Hava gəmisi ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib».
Sərnişinlər Lənkəranda düşürüldükdən sonra Polşa təyyarəsi sərnişinlərsiz Bakıya gəlib və 28 mart tarixində Bakı vaxtı ilə saat 02:20 dəqiqədə Polşa vətəndaşları olan 19 sərnişinlə Varşavaya yola düşüb.