Azərbaycanın təşəbbüsü və maliyyəsi ilə alınan İsveçrənin “Stadler” sərnişin qatarı Türkiyədən Gürcüstan ərazisinə daxil olub.
FED.az xəbər verir ki, qatar Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində hərəkət edəcək.
Gürcüstan Dəmir Yollarından bildiriblər ki, qatar hazırda Axalkalakidədir və test rejimində Gürcüstan dəmir yolları ilə hərəkət edəcək.
Qeyd edək ki, Axalkalaki dəmir yolu Avropa standartlarına uyğun relslərlə birləşdirilib. “Stadler” qatarının hər iki hissəni maneəsiz qət etmək imkanı var.
Qatarı Tbilisidən Bakıya yola düşəcək.
Qeyd edək ki, BTQ dəmir yolu vasitəsilə sərnişinlərin daşınmasına bu il başlanılması nəzərdə tutulub.