“Buta Airways”loukost aviaşirkəti Bakıdan Ukraynanın daha iki şəhərinə - Odessa və Xarkova birbaşa uçuşlara başlayacaq.
FED.az-ın məlumatına görə, Odessaya uçuşlar cari ilin 16 may tarixindən etibarən həftənin cümə axşamı və bazar günləri, Xarkova uçuşlar isə 3 may tarixindən etibarən çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
ELƏCƏ DƏ BAX: Bakı-Sumqayıt qatarında sürət azaldıldı – SƏBƏB
Qeyd edək ki, "Buta Airways" aviaşirkəti artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.
Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək
mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.
Bakıdan Odessa və Xarkova təyyarə reysi açılır – QİYMƏTLƏR
20:42
18 Yan 2019