“Azərbaycan Hava Yolları” aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırıldı.
Bu barədə FED.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, dekabrın 17-də Naxçıvanda hava şəraiti əlverişsiz olduğuna görə, Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu gecikirdi. FED.az xəbər verir ki, ləngimənin səbəbi Naxçıvanda güclü duman olması idi. AZAL-dan FED.az-a verilən məlumata görə, Bakıdan Naxçıvana yola düşməli olan və ləngiyən 2 reys – «J2-253» və «J2-251» reysləri birləşdirilib.
Qeyd edək ki, sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə əldə edə bilərlər.