"Azərbaycan Hava Yolları" aviaşirkətinin AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib.
FED.az bu barədə AZAL-ın Mətbuat xidmətinə istinadən xəbər verir.
"Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.