"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, 28 fevral 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.
***
28 fevral 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.
Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.
Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.