Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbələ görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.
Eləcə də bax: Bakı aeroportundan Belarusa uçan şəxsdə - KORONAVİRUS TAPILDI
FED.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.
İlkin məlumata görə reys saat 12:30 qədər gecikir.