"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə sürətli elektrik qatarının marşrutunun Ağstafaya çatdırılmasına hazırlıq görür.
Bu barədə FED.az-a qurumdan bildirilib.
Eləcə də bax: Bakı-Gəncə sürət qatarının marşrutu - UZADILA BİLƏR
Məlumata görə, Gəncə-Ağstafa sahəsində dəmir yolu xəttinin əsaslı təmiri başa çatıb. Hazırda yoldəyişən qurğuların yenilənməsi, sabit cərəyandan dəyişən cərəyana keçidlə əlaqədar olaraq, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi işləri aparılır.
Xatırladaq ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-dan fəaliyyət göstərir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur.