"FED.az"ın Dövlət Statistika Komitəsinin hesabatından topladığı məlumata görə, Bakıda qeydiyyatda olan avtomobillərin sayı 2014-cü ildə ən yüksək səviyyəyə çatıb (739 min 973 ədəd). 2015-ci ildən başlayaraq Bakıda avtomobillərin sayı azalmağa başlayıb.
Bakıda avtomobillərin sayı 2015-də 11 min 267 ədəd, 2016-da 29 min 765 ədəd, 2017-ci ildə isə 35 min 658 ədəd azalıb. Son 3 ildə Bakıda avtomobillərin sayı 76 min 690 ədəd azalaraq ötən ilin sonunda 663 min 283 ədədə düşüb.
ELƏCƏDƏ BAX: Neftçala avtomobillərinin qiyməti açıqlandı – MƏBLƏĞ
Ötən il ölkə üzrə cəmi avtomobillərin (yük avtomobilləri və avtobuslar daxil) sayı isə 11 min 773 ədəd artaraq 1 milyon 342 min 324 ədədə çatıb.