Xəbər verdiyimiz kimi, “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək. Artıq dayanacağın layihələndirilməsinə başlanılıb. Layihələndirmə Türkiyənin “Yüksel Proje” şirkəti tərəfindən icra ediləcək.
“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaq tikiləcək
Təfərrüatları öyrənmək üçün “Bakı Metropoliteni”nə sorğu göndərilib.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, yeraltı avtomobil dayanacağının Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaxınlığında yerləşməsi planlaşdırılır.
O da qeyd edilib ki, dayanacağın inşası hələ layihələndirmə mərhələsindədir.
Yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcəkdir. (Modern)