Qayda pozan avobus sürücüsü işdən çıxarıldıqda, başqa bir daşıyıcı şirkətə müraciət edərək orada işə düzəlir.Bakı Nəqliyyət Agentliyində hesab edirlər ki, belə neqativhallar vahid kart sisteminə keçildikdən sonra tam aradan qaldırıla bilər. Bu arada dayanma və durma qaydalarını pozan sürüclərə qarşı nəzarət tədbirləri gücləndiləcək. Qanunvericiliyə dəyişiklik edilərsə istənilən vətəndaş tərəfindən çəkilən video, foto material əsasında da qayda pozan sürücülər cərimələnə bilər.
FED.az xəbər verir ki, avtobusların kart sisteminə keçidi ilə,sürücülər barədə məlumatların vahidsistemdə cəmlənməsi yekunlaşacaq.
Eləcə də bax: Yeni gətirilən avtobuslar xəttə buraxılıb - FOTO
Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayevin sözlərinə görə,hazırda bu istiqamətdə işlər davam edir.Baku Bus sürücüləri üçün bu sistemin yaradılması sürücülər barəsində bütün məlumatları bir sistemdə cəmləməyə imkan verib.Digər sürücülər üçün də vahid kartın təşkili onların iş saatını,pozduğu qaydaları və xidməti fəaliyyətini özündə əks etdirəcək.
Bununla yanaşı dayanma və durma qaydalarını pozan sürücülərin cərimələnməsi məsləsində də yeniliklər gözlənilir.Beləki qanunvericiliyə dəyişiklik edilərsə vətəndaş tərəfindən çəkilən video ,foto material əsasında da qayda pozan sürücülər cərimələnə bilər.
Qeyd edək ki,mərhələli şəkildə paytaxt ərazisində fəaliyyət göstərən avtobusların hamısı kart sisteminə keçiriləcək.
xəzərxəbər.az