Bakıda tıxacların aradan qaldırılması üçün görüləcək işlər açıqlanıb.
Bakı və Sumqayıtı birləşdirən yeni magistral inşa ediləcək - PLAN AÇIQLANDI
FED.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd olunub ki, hazırda Bakı şəhəri üzrə küçə-yol şəbəkəsinin sıxlığı magistral yollara nisbətdə 0,35 km/km2 , ümumi küçə-yol şəbəkəsinə nisbətdə isə 1,02 km/km2 təşkil edir.
Hədəflər
• Şəhərin mərkəzi ərazilərində fərdi nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azaldılması.
• Nəqliyyat axınlarının nizamlanması.
• Hərəkət sıxlığının şəhərin kənarına – periferiyalara ötürülməsi.
• İntensiv nəqliyyat tıxaclarının olduğu ərazilərin aradan qaldırılması.
• Təyinat məntəqəsi şəhər mərkəzinə olan yanaşma yollarının şaxələndirilməsi. Gələcək inkişaf – 2027-ci il Şəhərin periferiyasından keçən dairəvi magistral yolların tamamlanması:
• şəhərdənkənar nəqliyyat axınlarının şəhərə daxil olmaması üçün yeni həlqəvi marşrutların planlaşdırılması, xarici həlqəvi nəqliyyat yollarının tamamlanması və onların işləkliyinin təmin edilməsi. Aeroport yolunun respublika əhəmiyyətli yollara (M-1 “Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolu) birbaşa əlaqələndirilməsi:
• Sumqayıt və Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında birbaşa qarşılıqlı əlaqənin qurulması;
• hava limanından yükdaşımalar üçün başqa (alternativ) yoldan istifadə/Bakının şimalındakı əsas magistral yollarının yükünün azaldılması. Dairəvi yolların tamamlanması/yenidən qurulması:
• şəhərin magistral yollarında tranzit məqsədli hərəkətinin periferiyalara çıxarılması;
• şəhərin nəqliyyat yükünün azaldılması üçün dairəvi yolların tam işləkliyinin təmin edilməsi. Əsas giriş marşrutları boyu yerli sistemlərin yenilənməsi:
• nəqliyyat hərəkətinin sadələşdirilməsi/gözlənilən nəqliyyat axını həcminə hazırlıq (yeni inkişaf fəaliyyətləri ilə əlaqədar) tədbirlərinin görülməsi. Bakının mərkəzinin şərq hissəsində müasir yol sisteminin yaradılması:
• “Ağ şəhər”in daha geniş ərazisi üçün yol əlaqəsinin əsasının yaradılması;
• dairəvi yolların tamamlanması, onların fəaliyyətliliyinin və tamlığının təmin edilməsi;
• şərqdəki yarımdairəvi yolun işləkliyinin təkmilləşdirilməsi. Alternativ nəqliyyat marşrutlarının yaradılması: • əsas nəqliyyat istiqamətləri üzrə hərəkət yükünün azaldılması;
• şəhər mərkəzinin müxtəlif ərazilərinə giriş/çıxış edən nəqliyyat axınlarının bir-birindən ayrılması. 115 Nəqliyyat hərəkətinin gərgin nöqtələrində yerli sistemlərin təkmilləşdirilməsi:
• “dar boğaz” effektinin və konflikt nöqtələrinin aradan qaldırılması;
• alternativ nəqliyyat marşrutlarının yaradılması;
• küçə-yol şəbəkəsinin daha da təkmilləşdirilməsi üçün əsasın qurulması.
Gələcək inkişaf – 2027-ci il
• Şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 50 km/saat müəyyən edilməsi.
• Piyada zonasının genişləndirilməsi.
• İçərişəhərə bitişik ərazilərdə və piyada zonasında piyada hərəkətliliyi üçün imkanlarının genişləndirilməsi:
– avtomobil nəqliyyatından azad sakit küçənin yaradılması ilə piyada zonasının İçərişəhər ərazisi ilə birləşdirilməsi;
– İçərişəhərə yaxın ərazilərin (şərq) avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;
– yaxınlıqdakı yolların avtomobil nəqliyyatından azad sakit küçələr kimi inkişaf etdirilməsi ilə “Dağüstü park” (funikulyor ətrafı ərazi daxil olmaqla) ərazisinin İçərişəhər ilə əlaqələndirilməsi;
– İçərişəhərə bitişik ərazilərdən Nəriman Nərimanov prospektinə qədər yollarda sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi.
• Magistral küçələrdə sistem təkmilləşdirmələrinin nəzərdə tutulması.
Gələcək inkişaf – 2040-cı il
• Bakının Mərkəzi Planlaşdırma Rayonunun digər hissələrində piyadalar üçün imkanlarının genişləndirilməsi:
– şimaldakı dar küçələrin avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;
– magistral küçələr kimi təsnif olunmayan, giriş-çıxış üçün üstünlük verilən və ya avtomobil nəqliyyatından azad sakit ərazilər ətrafında sərhədləyici rol oynayan və ya magistral küçələr arasında ayrıcı rolu oynayan küçələrdə sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi.