26 fevral tarixində saat 13:45 radələrində Bakı sərnişin stansiyada “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.
Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşını operativ olaraq alınıb.
Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb.Hadisə nəticəsində xəsarət alan yoxdur.